Bank Of Baku

MSK bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi haqda ilkin məlumat yayıb

MSK bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi haqda ilkin məlumat yayıb
# 30 noyabr 2011 07:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib ki, saat 10.00-a olan məlumata əsasən bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 6.89 faiz seçici (79 639 nəfər) iştirak edib.

MSK səsvermənin gedişi barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da yeni məlumatlar açıqlayacaq.

Qeyd edək ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Seçki məntəqələrinin sayı 1169-dur. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.

Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.

Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir.

Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir.

Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.

Seçkilərin nəticələri barədə ilkin məlumatların gecə saatlarında açıqlanacağı gözlənilir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR