Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə səsvermə başa çatıb
30 noyabr 2011 16:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün saat 08.00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri açılıb, saat 19.00-da isə bağlanıb.
Bundan sonra səslərin sayılmasına başlanıb. Ümumilikdə 1169 seçki məntəqəsində səsvermə keçirilib.
Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.
Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.
Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir.
Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir.
Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.
Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatlar verilib.
Seçkilərin nəticələri barədə ilkin məlumatların gecə saatlarında açıqlanacağı gözlənilir.
Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.

Daxili siyasət
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib
09:41
31 avqust 2024
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
11:32
30 avqust 2024