Bank Of Baku

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı saat 19.00-a olan məlumat açıqlanıb

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı saat 19.00-a olan məlumat açıqlanıb
# 30 noyabr 2011 17:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, MSK katibliyinin rəhbəri Rövzət Qasımovun keçirdiyi brifinqdə bildirib ki, saat 19.00-a olan məlumata əsasən bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı 23,46% (271 108 seçici) təşkil edib.
Katibliyin rəhbəri MSK-nın “qaynar xətti”nə hər hansı şikayətin daxil olmadığını da söyləyib. O deyib ki, daxil olan zənglər əsasən seçki məntəqəsinin yeri və seçici adlarının siyahıda olub-olmamasının yoxlanması ilə bağlı olub.
R. Qasımov qeyd edib ki, səslərin sayılması prosesinə start verilib, nəticələr hesabat başa çatandan sonra məlumat veriləcək: “Seçki prosesi zamanı hər hansı insident baş verməyib. Müşahidəçilər, seçicilər və namizədlər tərəfindən də MSK-ya iradlar daxil olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR