Bank Of Baku

Mirmahmud Mirəlioğlu, Əli Əliyev və Əvəz Temirxan arasında görüş keçirilib

Mirmahmud Mirəlioğlu, Əli Əliyev və Əvəz Temirxan arasında görüş keçirilib
# 01 dekabr 2011 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib. Vətəndaş və İnkişaf Partiyasından (VİP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ümumi vəziyyət və müxalifət qüvvələrinin inteqrasiya prosesi çərçivəsində KXCP, VİP və ALP-nin əməkdaşlıq məsələləri müzakirə olunub.

Danışıqların gedişində bu üç partiyanın təmsil olunacağı təsisatın formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi və həlli məqsədilə partiya təmsilçilərindən ibarət işçi qrupunun yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR