Bank Of Baku

Rusiya XİN: ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunacaq yekun sənəd bütün üzv dövlətlərin maraqlarına eyni səviyyədə cavab verməlidir

Rusiya XİN: ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunacaq yekun sənəd bütün üzv dövlətlərin maraqlarına eyni səviyyədə cavab verməlidir
# 01 dekabr 2011 15:15 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Dekabrın 5-də Almaniyanın Bonn şəhərində Əfqanıstana dair Beynəlxalq Forum keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə deyib. O bildirib ki, forumda 8 ölkənin dövlət başçıları və 60 ölkənin xarici işlər nazirləri iştirak edəcək. XİN rəsmisi foruma ilk dəfə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) sədri Nikolay Bordyuja və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞOS) rəhbəri İman Aliyevin dəvət olunduqlarını söyləyib.

A. Lukaşeviç dekabrın 6-7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək toplantısında təşkilata üzv olan dövlətlərin təhlükəsizlik məsələləri ilə bağlı problemlərinin müzakirə olunacağını söyləyib. Toplantıya Rusiya xarici işlər naziri Sergey Lavrovun da qatılacağını xatırladan A. Lukaşeviç toplantı çərçivəsində eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünun keçiriləcəyini bildirib: “Bu, ATƏT-in Astana da keçirilən sammitindən sonra nazirlər səviyyəsində baş tutacaq birinci görüş olacaq. İclasda Astanada qəbul olunmuş konsepsiya çərçivəsində bir il ərzində ATƏT regionunda vahid və bölünməz təhlükəsizlik zonasının yaradılmasına yönələn konkret tədbirlər müzakirə ediləcək. Fəaliyyətdə olan Litva sədrliyi çox geniş sənədlər siyahısı təklif edib. Buraya 40-a yaxın sənəd daxildir. Fikrimizcə, bu siyahı çox ambisiyalı görünür. Təklif olunan bir sıra məsələləri daha aşağı səviyyədə tənzimləmək olardı. Rəsmi Moskva hesab edir ki, bu iclasda qəbul olunacaq yekun sənəd bütün üzv dövlətlərin maraqlarına eyni səviyyədə cavab verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR