Bank Of Baku

İsa Qəmbər: “Rafiq Tağını qətlə yetirən qüvvələr Azərbaycanda daxili vəziyyəti gərginləşdirməyi hədəf götürüblər”

İsa Qəmbər: “Rafiq Tağını qətlə yetirən qüvvələr Azərbaycanda daxili vəziyyəti gərginləşdirməyi hədəf götürüblər”
# 05 dekabr 2011 10:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Təəssüflə bildirmək istəyirəm ki, cəmiyyəti bu cür gərginləşdirməyə yönələn addımların sayı artacaq. Söhbət o deyil ki, mütləq qətllər olacaq”. APA-nın məlumatına görə, bunu İctimai Palatanın sessiyasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib.

İ. Qəmbərin fikrincə, yazıçı Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı məsələdə getdikcə daha aydın görünür ki, bunu edən qüvvələr Azərbaycan cəmiyyətində daxili vəziyyəti gərginləşdirməyi hədəf götürüblər: “Əlbəttə, bizim əsas tələbimiz qatillərin və sifarişçilərin tapılıb cəzalandırılmasıdır. Daha aydın görünür ki, bu qətli sifariş edənin əsas məqsədi ölkədəki vəziyyəti gərginləşdirmək, cəmiyyəti parçalamaq və qarşı-qarşıya qoymaqdır. Ümumiyyətlə, proses həm daxili, həm də regionda baş verən səbəblərdən elə istiqamətdə gedir ki, vəziyyət gərginləşsin və bu vəziyyətdə də maraqlı qüvvələr öz niyyətlərini reallaşdırmağa çalışsın”.

İ. Qəmbər təmsil olunduğu təşkilat üzvlərinə də ismarış göndərib: “Ölkədə demokratik düşərgənin əsas toparlanma ünvanı olan, mövcud iqtidara alternativ kimi qəbul olunmağa başlayan İctimai Palata və bu qurumun üzvləri məsələyə həddindən artıq diqqəti, məsuliyyətli yanaşmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR