Bank Of Baku

SAM Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

SAM Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirəcək
# 05 dekabr 2011 13:26 (UTC +04:00)
Bakı – APA. Dekabrın 7-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. SAM-dan APA-ya verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərinə və ssenarilərinə baxışın müəyyən edilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Tədbirə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər də daxil olmaqla 300 nəfər iştirakçı dəvət edilib.

Qeyd edək ki, tədbir canlı Twitter konfransı formatında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR