Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 05 dekabr 2011 14:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda və beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri keçən həftə Böyük Britaniyanın İranda yerləşən səfirliyinə edilən basqın faktını qətiyyətlə pisləyib.

İH üzvləri son vaxtlar Azərbaycan və NATO arasında əlaqələrin zəifləməsi, Azərbaycanın bu alyansa inteqrasiyasına vəsilə olan Sülh Naminə Əməkdaşlıq və fərdi tərəfdaşlıq proqramlarında məhdud iştirak etməsi faktının arzuolunmaz olduğunu bildiriblər.

İdarə Heyəti üzvləri Rusiyada keçirilən son parlament seçkilərini də müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR