Bank Of Baku

YAP-ın şöbə müdiri Avropa Xalq Partiyasının qurultayına qatılıb

YAP-ın şöbə müdiri Avropa Xalq Partiyasının qurultayına qatılıb
# 06 dekabr 2011 13:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Fransanın Marsel şəhərində səfərdədir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Avropa Xalq Partiyasının XX qurultayında iştirak etməkdir.

Səfər çərçivəsində A. Hacıyevin Avropa Xalq Partiyasının rəhbərliyi ilə partiyalararası münasibətlərin daha da inkişaf etməsi istiqamətində danışıqlar aparacağı və ikitərəfli görüşlərdə iştirak edəcəyi planlaşdırılır.

Qurultay dekabrın 9-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR