Bank Of Baku

Bahar Muradova: “Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatların gündəmini daha çox məşğul etməyə başlayıb”

Bahar Muradova: “Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatların gündəmini daha çox məşğul etməyə başlayıb”
# 06 dekabr 2011 14:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Hazırda Dağlıq Qarabağ problemi daha çox beynəlxalq təşkilatların gündəmini məşğul etməyə başlayıb. Çünki getdikcə daha geniş dairələr anlamağa başlayırlar ki, bu qədər həlli uzanmış münaqişənin, xüsusilə Qarabağ probleminin mövcudluğu regionda və dünyada sülhə, əmin-amanlığa çox ciddi bir təhlükədir”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, bu təhlükənin aradan qaldırılması üçün real addımlar atılmalıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfinin apardığı çox ciddi siyasət nəticəsində artıq bir çoxları anlamağa başlayıblar ki, status-kvonun qalması çox ziyanlı bir prosesdir və mövcud durum dəyişdirilməlidir: “ATƏT-in XİN Şurasının 18-ci toplantısında da bu məsələnin müzakirə mövzusu olması və həmsədr ölkələrin xarici işləri nazirlərinin bununla bağlı mövqeləri, hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həlli prosesində əhəmiyyətli mərhələdir. Doğrudur, prosesin yekun mərhələyə qədəm qoyduğunu və konkret dönüş anı olduğunu demək olmaz. Amma bu məsələnin daha çox müzakirə predmeti olması ilk növbədə, bizim istəyimizdir. Çünki nə qədər çox müzakirələr olacaqsa, bir o qədər həqiqətlər meydana çıxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR