Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir – YENİLƏNİB - FOTOSESSİYA
Konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, 20 il dövlətin yaranması və inkişafı baxımından çox kiçik dövrdür: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə islahatlar aparılıb, böyük işlər görülüb. Bu gün Azərbaycanın yeni inkişaf strategiyasını hazırlayırıq. Artıq inkişaf strategiyasının mahiyyətcə yeni mərhələsindəyik. Tarixən geostrateji maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan öz müstəqilliyi üçün daim mübarizə aparıb. Müstəqilliyin ilk illərində üzləşdiyi müharibə, siyasi hərc-mərclik, torpaqlarımızın işğalı ölkənin gələcəyini sual altında qoymuşdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu problemlərdən xilas oldu”.
Ramiz Mehdiyev bu müddət ərzində Azərbaycanın qüdrətinin dəfələrlə artdığını vurğulayıb: “”Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir. Qara qızılın ağ qızıla çevrilməsi strategiyası ölkəmizin inkişafının əsasıdır. Biz çox gözəl bilirik ki insan amilinə dövlət qayğısı ölkənin gələcək inkişafı və təhlükəsizliyidir. Dövlət əlindəki vasitələrlə iqtisadi fəaliyyətdə artıma şərait yaradır. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, vətəndaşların işlə təmin edilməsi dövlətin əsas prioritetləridir. 1993-cü ildən başlayaraq ölkədə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. Azərbaycan 2001-ci ildən Avropa Şurasına daxil olmaqla Avropa demokratiya ailəsinin fəal üzvünə çevrilib”.
Prezident Administrasiyasının rəhbəri çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bizim qarşımızda əsas çətinlik Ermənistanın hərbi təcavüzüdür. Necə ola bilər ki beynəlxalq birliyin üzvü olan bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünü pozur və 19 ildir digər dövlətin ərazilərini işğal altında saxlayır? Bu, BMT-nin qərarları ilə ziddiyyət təşkil edir. Belə vəziyyətə baxmayaraq biz beynəlxalq birliyin susqunluğun müşahidə edirik. Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Bu dövlətlər Ermənistanın işğal siyasətinə son qoymaq üçün əllərini ağdan qaraya vurmayıblar. Ermənistan və ermənilər pərdə arxasında ciddi müdafiə olunur”.
Ramiz Mehdiyev bildirib ki, Dağlıq Qarabağda doğulmuş və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısındakı öhdəliklərinə uyğun olaraq, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilərlər: “Ermənistanın işğalçılıq siyasəti onu regional layihələrdən kənarda qoyub, ölkə iqtisadiyyatı pis vəziyyətə düşüb, insanlar köçüb gedirlər. Azərbaycan isə 1994-cü ildən güclənir”.
PA rəhbərinin sözlərinə görə, regionda həyata keçirilən iqtisadi layihələr regional əməkdaşlığa təkan verir: “Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib. Bu güclü iqtisadiyyatın və mili birliyin bariz nümunəsidir”.
Tədbirdə çıxış edən BMT İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini böyük uğur kimi dəyərləndirib: “Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın orta insani inkişaf kateqoriyasından yüksək kateqoriyaya keçib. Keçmiş sovet respublikalarından yalnız Azərbaycan bu yüksək inkişafa nail olub.
Azərbaycan bir çox nailiyyətlər əldə edib. Qadınların işlə təmin olunması heç bir zaman problem olmayıb. Mili Məclisdə qadın deputatların sayı 16 faizə çatıb. İyirmi il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması problem olaraq qalır”.
Fikrət Akçura ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunmamasından təəssüfləndiyini qeyd edib: “Münaqişənin nizamlanması üçün keçirilən çoxsaylı görüşlərə baxmayaraq heç bir dəyişiklik baş verməyib. Beynəlxalq ictimaiyyət münaqişənin nizamlanması üçün çox az iş görüb”.
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, 2015-ci ilədək yoxsulluq səviyyəsinin 2 dəfə azaldılması nəzərdə tutulur. Ş. Mustafayev müstəqillik dövründə iqtisadiyyatda əldə olunmuş nailiyyətlər barədə də məlumat verib.
Konfrans işini davam etdirir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir