Bank Of Baku

Azərbaycanın hakim partiyası müxalifətlə dialoqda ciddi problem görmür

Azərbaycanın hakim partiyası müxalifətlə dialoqda ciddi problem görmür
# 07 dekabr 2011 11:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədəki müxalifət partiyaları ilə dialoqun keçirilməsində ciddi problem görmür. APA-nın məlumatına görə, bu barədə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatındakı aktual problemlərlə bağlı bütün mütərəqqi düşüncəli qurumlarla həmişə dialoqa hazır olub: «YAP dəfələrlə müxalifət təşkilatları ilə müxtəlif səviyyədə dialoqların keçirilməsinin təşəbbüskarı olub. Amma müxalifət tərədən bu məsələyə yanaşma fərqlidir. Bütövlükdə onların yanaşmasında sağlam təfəkkür elementlərinin az olduğu müşahidə edilir. Əgər bu sahədə konstruktivlik olarsa, dialoqun keçirilməsində ciddi problem görmürəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR