Bank Of Baku

“Qarabağ” blokunun toplantısı keçirilib

“Qarabağ” blokunun toplantısı keçirilib
# 07 dekabr 2011 11:58 (UTC +04:00)
Bakı – APA. Ümid Partiyasının mərkəzi qərargahında Qarabağ Blokunun İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda qurumun qəbul etdiyi qərarların icra vəziyyəti, ölkədə ictimai-siyasi vəziyyət və “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı blokun ümumi mövqeyinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Müzakirələr nəticəsində Rusiyada keçirilən parlament seçkiləri və Azərbaycanda minimum əmək haqqının və bəzi büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasına dair blokun mövqeyini ifadə edən bəyanatlar qəbul olunub.

“Siyasi partiyalar haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparan blok rəhbərliyi bu məsələ ilə əlaqədar təklif və rəylərini ümumiləşdirib və bu barədə yekun sənədin növbəti iclasda qəbul edilməsi qərarlaşdırılıb.

Qarabağ Bloku Rusiyada keçirilən parlament seçkilərinə münasibət açıqlayan bəyanat da qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR