Bank Of Baku

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib
# 08 dekabr 2011 14:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə edilib.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında Nizamnaməyə uyğun olaraq keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verib. Sonra Yeni Azərbaycan Partiyası tərəfindən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR