Bank Of Baku

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb
# 09 dekabr 2011 14:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Avropa Parlamentini Azərbaycana münasibətdə hər zaman ədalətli olmağa çağıran Z. Əsgərov deyib ki, bu qurum 2010-cu ilin may ayında Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etsə də, həmin sənəd indiyədək yerinə yetirilməyib. O, Ermənistana təzyiqləri artırmağın vacibliyini vurğulayıb.

Görüşdə Avropa Parlamentinin üzvləri Dominik Rike və Filip Bulan, Belçika parlamentinin üzvü Alen Desteks fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycan Avropa İttifaqının marağında olan ölkədir. Əgər xaricdə Azərbaycanın güclü diasporası olsa, ölkə daha geniş təbliğ olunar və mənafeyi nəzərə alınar. Avropa Parlamentində hər bir ölkəyə dair standart reflekslərin olduğunu deyən Dominik Rike qeyd edib ki, çox hallarda səs verənlər həmin məsələnin mahiyyəti barədə o qədər də məlumatlı olmurlar. Nəticədə qeyri-obyektiv sənədlər meydana çıxır.

Görüşdə deputatlar Elxan Süleymanov və Fuad Muradov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR