Bank Of Baku

Arif Hacılının məhkəməsində dava düşüb

Arif Hacılının məhkəməsində dava düşüb
# 09 dekabr 2011 14:50 (UTC +04:00)
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbər görə, prosesə sədrlik edən hakim Vaqif Mursaqulov məhkəmədə video və foto çəkilişin aparılmasına icazə verdiyini deyib: “Lakin sonradan o, fikrini dəyişərək, foto çəkilişin dayandırılmasını istədi və foto çəkiliş aparan şəxsin bayıra çıxarılmasını tələb etdi. Buna görə də prosesdə qarışıqlıq yarandı. Bu vaxt bir neçə mülki şəxs zala daxil olaraq Tural Abbaslı ilə mübahisə etdi. Onlar məhkumları təhqir edirdilər. Biz həmin şəxslərin kim olmasına aydınlıq gətirilməsini xahiş etdik. Lakin hakim prosesi təxirə saldı”.

Proses dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR