Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur. Bu baxımdan, Dövlət Komissiyası tərəfindən həyata keçirilən hər bir səmərəli addım ümumi işin xeyrinədir.
Sədr Eldar Mahmudov qeyd edib ki, ötən iclasda Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında «İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi» ilə bağlı qarşıda duran vəzifələr bu təşkilatın nümayəndələri ilə coxsaylı görüşlərdə müzakirə olunub. Yekunda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması təklif edilib. Bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması vacib sayılıb. Məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edilib və dövlət başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır. Dövlət Komissiyasının işçi qrupu isə öz növbəsində respublika ərazisində mövcud olan naməlum şəhid məzarlarının yerinin müəyyənləşdirilməsi və qeydiyyatının aparılması kimi ciddi bir işə başlanıb.
Sədr Eldar Mahmudov iclasın gündəliyinə dair məlumat verdikdən sonra Dövlət Komissiyasının 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri daha da genişlənmiş, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri gücləndirilib. BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb. 1 dekabr 2011-ci il tarixə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə 1053 sorğu göndərilib. 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunub. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 230 nəfərlə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.
İtkin düşmüş 51 vətəndaşın valideynləri tərəfindən prezidentə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Prezidentin İcra Aparatına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 84 sorğu icra olunub.
Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqov həmçinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə Sazişi”nin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə də məlumat verib.
Komissiyanın katibi Şahin Sayılov Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar informasiya mübarizəsində hücum taktikasına dair tövsiyələrinə uyğun olaraq, hesabat dövründə müxtəlif beynəlxalq tədbirlərdə - elmi konfrans, seminar və simpoziumlar, habelə komissiya üzvlərinin gördüyü digər işlərdə problemin həlli ilə bağlı aparılmış müzakirələr, qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, Komissiya tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirilib, ümumilikdə 1500 nüsxədə Dövlət Komissiyasının materiallar toplusunun, 13 dildə, 24 adda 3 mindən artıq kitab, 12 adda 6 min 500-ə yaxın kitabın, filmlərin və fotofaktların əks olunduğu kompakt diskin, müxtəlif dillərdə erməni terrorunu ifşa edən sənədli flimlərin hazırlanması və yayılması təşkil olunub. Bundan başqa, Dövlət Komissiyasının sədri və komissiya üzvləri xarici səfərləri zamanı, eyni zamanda, Azərbaycana gəlmış dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı tanınmış nüfuzlu şəxslər, politoloq və konfliktoloqlarla keçirdikləri görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayətlər, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarını onların diqqətinə çatdırıblar.
Hesabat məruzələri ətrafında aparılan müzakirələrdə Komissiyanın üzvləri Xələf Xələfov, Oruc Zalov, Xanlar Vəliyev, Gülər Əhmədova, Yaqub Mahmudov, Bəkir Nəbiyev, İsmayıl Ömərov, eləcə də Milli Təhlükəsizlik Naziri xidmətinin rəhbəri Fərhad Vahabov və başqaları çıxış edərək qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılıması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və koordinasiya işinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb