Bank Of Baku

Rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmin nümayişi keçirilib

Rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmin nümayişi keçirilib
# 10 dekabr 2011 12:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Şəhriyar adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmin nümayişi olub.

APA-nın məlumatına görə, tədbirdə YAP-ın rəhbərliyi, millət vəkilləri, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digər şəxslər iştirak edib.

YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov nümayiş etdirilən “Dövlət” adlı filmin Heydər Əliyevlə bağlı çəkilmiş 12 hissədən filmlər seriyasının 11-ci filmi olduğunu bildirib.

Daha sonra filmin ilk nümayişi keçirilib.

Filmin təqdimatından sonra rejissor Vaqif Mustafayev, millət vəkilləri Fəttah Heydərov və Eldar İbrahimov çıxış edərək, filmlə bağlı fikirlərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR