Bank Of Baku

Azərbaycan prezidenti Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub - <font color=red>FOTOSESSİYA</font>
# 10 dekabr 2011 12:40 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, bağçanın binası 1963-cü ildə inşa olunub. Bu, Bakı şəhərində ən böyük uşaq bağçalarından biridir. Dövlət başçısı bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılmış şəraitlə yaxından tanış olub.

Qeyd edilib ki, 240 yerlik bağçada 12 qrup fəaliyyət göstərir. İkimərtəbəli üç korpusdan və bir inzibati binadan ibarət olan bağçanın həyətyanı sahəsi hektar yarımdır. Bağçada əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Əsaslı yenidənqurma işləri ilə yanaşı, bağçanı daimi olaraq isti su ilə təchiz etmək üçün əlavə qazanxana da inşa edilib. Bağçada yanğın əleyhinə xüsusi sistem yaradılıb. Bağçada təhlükəsizlik kameraları quraşdırılıb. Burada uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı, həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb. Uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR