Bank Of Baku

Məzahir Pənahov: “Moskvada müşahidə aparmışıq və elə bir ciddi qanun pozuntusuna rast gəlmədik”

Məzahir Pənahov: “Moskvada müşahidə aparmışıq və elə bir ciddi qanun pozuntusuna rast gəlmədik”
# 12 dekabr 2011 09:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M. Pənahov deyib ki, Rusiya Mərkəz Seçki Komissiyası bütün ölkə ərazisində seçki keçirmək üçün lazım addımları atıb: “Komissiya vətəndaşların konstitusion hüquqlarını ifadə etməsi üçün bütün şəraiti yaratmışdı. Məntəqələrdə kifayət qədər müşahidəçilər də vardı. Ümumilikdə Moskvada sakitlik idi. Amma müxalif səslər də eşidilirdi. Bu da normal prosesdir”.

“Rusiyada təkrar seçkilərin keçirilməsi ehtimalı varmı” sualına MSK sədri belə cavab verib: “Müşahidələrimə əsasən inanmıram ki, buna ehtiyac olsun. Amma bu Rusiyanın özünün daxili işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR