Bank Of Baku

Bahar Muradova: “Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşünə münasibətimiz müsbətdir”

Bahar Muradova: “Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşünə münasibətimiz müsbətdir”
# 12 dekabr 2011 09:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşünə münasibətimiz müsbətdir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, bu təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb: “Hesab edirik ki, Dağlıq Qarabağın gələcəkdə bir yerdə yaşayacaq əhalisi bir-bir ilə görüşməli və bu problemi aradan qaldırmalıdır”.

B. Muradova ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin dəyişməsinin qurumun işinə hər hansı təsir göstərməyəcəyini söyləyib: “Əgər həmsədr ölkə dəyişsəydi buna münasibət bildirmək olardı. Lakin fransalı həmsədrin dəyişməsi onların işinə hər hansı təsir göstərməyəcək. Mən istərdim ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərsin. ”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR