Bank Of Baku

Prezident İlham Əliyev Binəqədi Rayon Məhkəməsi hakiminin iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Binəqədi Rayon Məhkəməsi hakiminin iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb
# 12 dekabr 2011 16:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Marif Sabir oğlu Kazımovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Marif Sabir oğlu Kazımov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Gədəbəy Rayon Məhkəməsinin hakimi təyin edilməsini qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR