Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman verib

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman verib
# 12 dekabr 2011 16:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, fərmanda qeyd olunub ki, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2012-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR