Bank Of Baku

İntiqam Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinə və Türkiyə səfirliyinə müraciət edib

İntiqam Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinə və Türkiyə səfirliyinə  müraciət edib
# 13 dekabr 2011 13:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib. APA-nın xəbərinə görə, səfirliyə müraciətdə onun Türkiyədən deportasiya olunması məsələsinə aydınlıq gətirilməsi və bununla bağlı aparılan araşdırma barədə ətraflı məlumat verilməsi, Xarici İşlər Nazirliyindən isə bu məsələnin araşdırılması xahiş olunub.

İ. Əliyev hava limanında döyülməsi və təhqir olunması barədə iddia ilə yaxın günlərdə məhkəməyə müraciət edəcəyini də bildirib.

Qeyd edək ki, İ. Əliyev dekabrın 7-də İstanbulun Atatürk Hava Limanında saxlanılaraq Azərbaycana deportasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR