Bank Of Baku

Milli Məclis "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini qəbul edib

Milli Məclis "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini qəbul edib
# 13 dekabr 2011 14:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında layihə səsverməyə çıxarılıb.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihə Azərbaycanda mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla, genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətləri, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə birinci oxunuşdan sonra müəyyən dəyişikliklər edildiyini deyən komitə sədri, daha sonra layihəni səsverməyə təqdim edib. Deputatlar rəy bildirmədən layihəni əvvəlcə tam, sonra isə fəsillər üzrə ayrılıqda səsverməyə qoyaraq təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR