Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası: Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır

Vətəndaş və İnkişaf Partiyası: Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır
# 14 dekabr 2011 13:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu formatdakı fəaliyyəti ilə əlaqədar bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərməli olan Fransa bu çərçivədə özünün ənənəvi erməni təəssübkeşliyinə əsaslanan siyasətini davam etdirməkdədir: “Fransanın işğalçı Ermənistanı bütün sahələrdə birmənalı şəkildə dəstəkləməsi onun ATƏT-in Minsk Qrupundakı mandatı ilə mütləq ziddiyyət təşkil edir”.

Partiya Fransanın ermənipərəst addımlarını qətiyyətlə pisləyərək, Azərbaycan hakimiyyətini Fransaya münasibətində dəyişikliklər etməyə çağırıb: “Qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsinin Fransa parlamentinə təqdim olunması ilə bağlı rəsmi Parisdən izahat tələb edilməli, Fransa hakimiyyətinin ermənipərəst addımlarının zərərsizləşdirilməsi üçün Türkiyə ilə birgə fəaliyyət təmin edilməli, işğalçı Ermənistanı stimullaşdıran Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılaraq, başqa bir neytral ölkə ilə əvəzlənməsi imkanları ciddi surətdə nəzərdən keçirilməli, bu ölkə ilə iqtisadi-ticari münasibətlərə yenidən baxılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR