Bank Of Baku

Rəbiyyət Aslanova: “Paytaxtın əvvəlki siması qalmayıb”

Rəbiyyət Aslanova: “Paytaxtın əvvəlki siması qalmayıb”
# 14 dekabr 2011 13:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bir vaxtlar Bakıya “nağıllar şəhəri” deyilirdi. Amma daha paytaxtın əvvəlki siması qalmayıb”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, şəhərin mərkəzi yerlərində göydələnlərin tikintisinə sərt münasibət bildirib: “Bakı Şərqlə Qərbin sintezi olub. Ancaq bu gün Bakıda təkcə İçərişəhərdə qorunur bu sintez. Bakı həm Şərq, həm də Qərb şəhəridir, ona görə də tarixi arxitekturanı qoruyub saxlamalıyıq. Müasir binaların tikintisini isə qədim tikililəri sökmədən şəhərin kənarında aparmalıyıq”.

Komitə sədri paytaxtın mərkəzi yerlərindən olan Füzuli küçəsindəki hazırkı durumu da tənqid edib. Onun sözlərinə görə, əgər dövlət ehtiyacı yaranıbsa, müvafiq tikililər sökülməlidir, lakin bu zaman ərazidə yaşayan vətəndaşlar da mütləq nəzərə alınmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR