Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib
# 15 dekabr 2011 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Maliyə yardımı” müsabiqəsi ilə əlaqədar məlumatlandırma sessiyası keçirib. APA-nın xəbərinə görə, şuranın icraçı direktoru Fərasət Qurbanov 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsinə 1.100.000 manat vəsait ayrıldığını deyib. O qeyd edib ki, şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq “İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər”, “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili”, “Təhsil və mədəniyyətin inkişafına ictimai dəstək”, “ “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı keçirilən tədbirlərə ictimai dəstək”, “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər”, “Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək”, “Korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək”, “Region QHT-lərinin təşəbbüslərinə dəstək”, “Sosial problemlərin həllinə ictimai dəstək” və “Müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək” mövzuları üzrə layihələrə üstünlük verəcək.

F. Qurbanov müsabiqədə siyasi və dini fəaliyyət, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlər kimi sahələr üzrə layihələrin dəstəklənmədiyini söyləyib. O bildirib ki, bəzi şəxslər layihəyə aidiyyəti olmayan istiqamətlərə də xərclər əlavə edirlər, bu isə qəbulolunmazdır.

Sonra toplantı QHT nümayəndələrinin sual və müzakirələri ilə davam etdirilib.

Qeyd edək ki, müsabiqənin nəticələri 2012-ci ilin martın 1-dən sonra elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR