Bank Of Baku

Arif Hacılının və digər üç nəfərin apellyasiya şikayəti təmin olunmayıb

Arif Hacılının və digər üç nəfərin apellyasiya şikayəti təmin olunmayıb
# 16 dekabr 2011 14:43 (UTC +04:00)
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbər görə, prosesdə təqsirləndirilən şəxslər çıxış edərək, onlara elan olunan ittihamların əsassız olduğunu deyiblər.

Tural Abbaslı isə çıxışında yaxın vaxtlarda Müsavat Partiyasının qurultayının keçiriləcəyini qeyd edərək, müsavatçıları Arif Hacılını başqan seçməyə çağırıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edib. Müşavirdən sonra hakim qərarı elan edib. Qərara əsasən, apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR