Bank Of Baku

İctimai Palatanın razılaşdırılmamış aksiyaları zamanı saxlanan 22 nəfər barəsində hökmdən Avropa Məhkəməsinə şikayət edilib

İctimai Palatanın razılaşdırılmamış aksiyaları zamanı saxlanan 22 nəfər barəsində hökmdən Avropa Məhkəməsinə şikayət edilib
# 16 dekabr 2011 15:25 (UTC +04:00)
Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev bildirib.

Ə. Mustafaeyv həmin şəxslərin şəxsi toxunulmazlıq, sərbəst toplaşmaq kimi hüquqlarının pozulduğunu bildirib. O, həmin pozuntulara görə, Azərbaycan tərəfindən bir nəfər üçün 25 min-45 min avro arasında təzminat ödənilməsinin tələb olunduğunu deyib.

Vəkil həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının barəsində seçilmiş həbs-qətimkan tədbiri barəsində də Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdiklərini bildirib.

O, A. Hacılının hüquqlarının pozulduğu üçün Azərbaycan dövlətindən 45 min avro təzminat tələb olunduğunu bildirib. Vəkil məhkəməyə daxil olan şikayətlərə nömrə və qovluqlar açıldığını, bu haqda onlara cavab gəldiyini qeyd edib.

Qeyd edək ki, İctimai Palatanın keçirdiyi aksiyalar zamanı bir neçə nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR