Bank Of Baku

VİP Siyasi Şurasının növbəti iclası keçirilib

VİP Siyasi Şurasının növbəti iclası keçirilib
# 17 dekabr 2011 11:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, “Siyasi partiyalar haqqında” qanunun layihəsi, 2012-ci il dövlət büdcəsi və Binəqədi rayonu Sulutəpə qəsəbəsində məskunlaşmış çoxsaylı vətəndaşların evlərinin zorakılıqla sökülməsi məsələləri müzakirə olunub.

Siyasi Şura hakimiyyəti ictimai-siyasi sferada islahatlara başlamağa çağırıb, o cümlədən “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisə göndərməzdən əvvəl siyasi təşkilatlarla geniş müzakirəsinin keçirilməsinin vacibliyini vurğulayıb. VİP 2012-ci il dövlət büdcəsini ölkənin mövcud reallığını əks etdirməyən sənəd kimi dəyərləndirib, qarşıdakı günlərdə bu məsələ ilə bağlı xüsusi iclasın keçirilməsinə dair qərar verilib.

İclasda Sulutəpə qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olduğu bildirilən ərazilərdə vətəndaşların inşa etdiyi evlərin sökülməsi pislənilib.

Siyasi Şura daxili işlər naziri Ramil Usubova zorakılıq zamanı polisin davranışlarına aydınlıq gətirilməsini, baş prokuror Zakir Qaralova hadisənin obyektiv təhqiq olunması üçün cinayət işinin və ARDNŞ prezidenti Rövnəq Abdullayevə sökülmənin şərtləndirən səbəblərin açıqlamasına dair izahat verilməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR