Bank Of Baku

ADP İdarə Heyəti daxili və xarici məsələləri müzakirə edib

ADP İdarə Heyəti daxili və xarici məsələləri müzakirə edib
# 19 dekabr 2011 14:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri ilk növbədə son vaxtlar qonşu İran dövləti ətrafında yaranmış beynəlxalq gərginlikdən, xüsusilə də Qərbin və İsrail rəsmilərinin bu ölkəyə hərbi müdaxilə ehtimalının qaçılmaz olduğunu dilə gətirmələrindən ciddi narahat olduqlarını bildiriblər.

İH-də son vaxtlar rus hərbi elitasının fəallaşmasından, Rusiya hərbi qüvvələrinin regionu əhatə edən sərhədlərdə yerləşdirilməsindən, Azərbaycan və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəsd edilmə ehtimalından narahatlıqlarını da dilə gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR