Bank Of Baku

Deputat Gövhər Baxşəliyeva İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edəcək

Deputat Gövhər Baxşəliyeva İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edəcək
# 19 dekabr 2011 16:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Milli Məclisin deputatı Gövhər Baxşəliyeva dekabrın 21-dən 25-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputat Türkiyə Cümhuriyyəti Ailə və Sosial Siyasət Nazirliyinin İKT Parlament İttifaqı çərçivəsində təşkil etdiyi “Dəyişən müsəlman cəmiyyətlərində qadınların rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Konfransı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açacaq. Təntənəli açılış mərasimindən sonra “Səmərəli milli gender mexanizminin yaradılması: İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin təcrübəsi” mövzusunda yüksək səviyyəli iclas keçiriləcəyi nəzərdə tutulur.

Daha sonra plenar iclaslar olacaq. Moderatorlar “Qadınların siyasətdə iştirakı yolu ilə demokratiyanın möhkəmləndirilməsi”, “Dəyişən Yaxın Şərq və Şimali Afrikada qadın hüquqları”, “İslam və demokratiya”, “Vətəndaş cəmiyyəti və regional əməkdaşlığa imkan yaratmaq: “Gender bərabərliyi institutu”nun təsis edilməsi” mövzularını təqdim edəcəklər. G.Baxşəliyeva müzakirələrdə iştirak edəcək və Azərbaycanın mövqeyindən məsələlərə münasibətini bildirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR