MSK sədri bələdiyyəyə seçkilərində fəaliyyətinə görə APA-ya təşəkkür edib
O bildirib ki, seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülüb, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü seçkilərin gedişini izləyib: “Ölkə ictimaiyyətinin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilib.
Sözügedən seçkilərlə bağlı səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının bələdiyyələr üzrə protokolları qanunla müəyyən edilmiş müddətdə və qaydada tərtib edilərək onlara əlavə olunmuş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolları və ona əlavə edilmiş digər sənədləri yoxlayıb”.
MSK sədri seçkilərin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsinə köməklik göstərmiş dövlət qurumlarına təşəkkür edib.
Seçkilərin hazırlanıb keçirilməsi prosesinin ictimaiyyətə çatdırılmasında ölkə KİV-lərinin əhəmiyyətli rol oynadığını minnətdarlıq hissi ilə vurğulayan sədr AzTV və İctimai Televiziyanın, “Azərbaycan” qəzetinin, AzərTAc və APA informasiya agentliklərinin bu sahədəki fəaliyyətini xüsusi vurğulayaraq, onlara təşəkkürünü bildirib.
Qeyd edək ki, MSK-nın bugünkü iclasında 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin baş tutması qərara alınıb, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınıb. Eyni zamanda 38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından, həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəli bələdiyyəsinə keçirilmiş yeni seçkilərin də etibarsız hesab olunması barədə qərar qəbul edilib. Bundan əlavə, seçki keçirilmiş 329 bələdiyyənin tam tərkibdə formalaşmasının nəzərə alınması, seçkilərin ümumi yekunları üzrə rəsmi təsdiq edilmiş bələdiyyələrə seçilmiş üzvlərin siyahısının elan edilməsi və bəzi bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması qərara alınıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq