Bank Of Baku

Azərbaycanın böyük şəhərləri ilə bağlı xüsusi qanunlar qəbul ediləcək

Azərbaycanın böyük şəhərləri ilə bağlı xüsusi qanunlar qəbul ediləcək
# 20 dekabr 2011 12:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Şəki kimi şəhərləri haqqında qanunlar hazırlamaq mümkündür: “Çünki bu şəhərlərin iqtisadi, sosial tarixi ilə yanaşı, həm də mükəmməl etnoqrafik, mədəni strukturu var. Onların mühafizəsi üçün hüquqi baza olmalıdır. Türkiyənin Konya şəhəri Mövlanə Cəlaləddin Rumisiz təsəvvür olunmur. Bu şəhərin qazancının böyük bir hissəsini də Ruminin məqbərisini ziyarətdən əldə olunan vəsait təşkil edir. Gəncəni biz tikib quracağıq, amma bu şəhərdə dünyanın səcdəyə gələ biləcəyi Nizami Gəncəvi kimi şəxsiyyətin məqbərəsi var. Bəzən biz o səviyyəyə çatdırırıq ki, hansısa ölkənin başçısı Nizami Gəncəvini Gəncəyə ancaq onun məzarının bağladığını deyir. Qanunlar olarsa, belə halların da qarşısı alınar. Biz Gəncənin nüfuzunu Nizami Gəncəvinin hesabına daha da qaldıra bilərik”.

N. Cəfərov deyib ki, şəhərlərlə bağlı qanun layihələri MM-in gələn sessiyası ərzində hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR