Bank Of Baku

YAP-da Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

YAP-da Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 20 dekabr 2011 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn Vyetnam Kommunist Partiyası xarici əlaqələr şöbəsinin müdiri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin üzvü Vuong Thua Phongun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Ə. Əhmədov adıçəkilən konfransın əhəmiyyətini vurğulayıb. O deyib ki, səfər əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynamaqla yanaşı, xalqlar və dövlətlər arasında əlaqələrin möhkəmlənməsi baxımından da faydalı ola bilər.

Vyetnam nümayəndə heyətinin rəhbəri isə dəvətə görə təşəkkür edib və konfransın mövzusunun əhatəli olduğunu söyləyib: “Partiya rəhbəri konfransın mövzusu haqda məlumatlandıqdan sonra bizim bu tədbirdə iştirakımızı məqsədəuyğun hesab etdi”.

Vuong Thua Phongun qeyd edib ki, Vyetnamda Azərbaycanı çoxları yaxşı tanıyır və hörmət edirlər: “Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri bizim yaddaşlarımızdan silinməyib. Bu tarixi səfər çərçivəsində böyük bir körpünün açılışı da həyata keçirilib”.

Qonaq Vyetnamın böyük şəhərlərindən olan Vunqtau-Kondauda “Bakı” mehmanxanasının fəaliyyət göstərdiyini də qeyd edib: “Bütün bunlar ölkələrimiz və xalqlarımız arasında tarixi bağlılığın sayəsindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR