Bank Of Baku

YAP-çı gənclər Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb

YAP-çı gənclər Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb
# 20 dekabr 2011 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin Avropa Xalq Partiyasının prezidenti Vilfrid Martens ilə görüşü keçirilib. APA-nın məlumatına görə, V. Martensi YAP-çı gənclərə Milli Məclisin deputatı Asəf Hacıyev təqdim edib. A. Hacıyev bildirib ki, V. Matrens Belçikanın çətin dövrlərində 8 dəfə bu ölkənin baş naziri olub.

V. Martens əvvəlcə həyat və fəaliyyəti barədə məlumat verib. Azərbaycanın sürətlə inkişaf edən bir dövlət olduğunu vurğulayan qonaq, ölkənin inkişafında demokratik islahatların əhəmiyyətindən danışıb, Azərbaycanda bu sahədə mühüm addımların atıldığını deyib.

Sonda V. Martens gənclərin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR