Azərbaycan Prezident Administrasiyası Venesiya Komissiyasının “Siyasi partiyalar haqqında” qanun layihəsinə verdiyi rəyə münasibət bildirib
O, Azərbaycan tərəfinin Venesiya Komissiyası ilə razılaşmadığı məqamları da sadalayıb: “Bunlardan biri xarici vətəndaşların Azərbaycanda siyasi partiya yaratmaq, hakimiyyət uğrunda mübarizəyə qoşulmaq, yaxud siyasi partiyaları maliyyələşdirməsi məsələsidir. Biz buna gedə bilməzdik.
İkinci məsələ siyasi partiyaların dövlətin Konstitusiya quruluşuna qarşı zorakı yolla mübarizə aparacağı təqdirdə dövlətin həmin siyasi partiyanı qapatmaq və fəaliyyətini qadağan etmək məsələsidir. Biz bununla bağlı əvvəlcədən demişdik ki, Azərbaycan dövlətinin Konstitusiya quruluşuna, siyasi sisteminə qarşı zorakılıqla mübarizə aparan hər bir partiya müvafiq olaraq bağlanılacaq, onun fəaliyyətinə son veriləcək. Bu, Azərbaycanın Konstitusiya normasıdır.
Üçüncü məsələ siyasi partiyanın yaradılması üçün tələb olunan insan sayı məsələsi idi. Biz hesab edirik ki, Azərbaycanda mövcud olan hazırkı partiyaların sayı ölkə əhalisinin sayına və ölkənin siyasi palitrasına adekvat deyil, həddən artıq çoxdur. Ona görə də siyasi partiyaların daha da böyüməsi, birləşməsi, konsolidasiyası siyasətini qanunun əsası kimi qeyd etmişik. Biz hesab edirik ki, siyasi partiya qeydiyyatdan keçmək üçün 5 min nəfər tərəfdarının, yaxud partiya üzvünün siyahısını təqdim etməlidir. Venesiya Komissiyasının nümayəndələri də hesab edir ki, bu rəqəm 1000 olsa, bəlkə daha yaxşı olar. Bu, hər halda onların versiyasıdır, amma versiyalarını əsaslandırmırlar. Biz bu məsələdə də prinsipial olaraq mövqelərimizin üzərində dayandıq. Çünki düşünürük ki, 5 min üzvü olmayan siyasi partiya Azərbaycanda hakimiyyət uğrunda kifayət qədər dinamik fəaliyyət göstərə, siyasi mübarizə apara bilməz. Hətta bir deputatın seçilməsi üçün lazım olan 5 min səsi toplamağı da bacarmaz. Beləliklə də, dövlət maliyyələşməsinə iddia edə bilməz. Bu prinsipin siyasi partiyaların fəaliyyətinə maneçilik törədə biləcəyi kimi yox, əksinə, biz siyasi partiyaların birləşmiş, konsolidasiya olunmuş vəziyyətdə inkişafına stimul verəcəyini düşünürük.
Dördüncü məsələ isə siyasi partiyaların fəaliyyətinin dayandırılması proseduru idi ki, bizim layihədə həmin prosedur belə təqdim olunub: Siyasi partiya tərəfindən “Siyasi partiyalar haqqında” qanununun pozulması və Konstitusiya quruluşuna qarşı zorakı mübarizə və digər hərəkətlər aşkarlandıqda, bu qurumun barəsində tədbir görülür.
Əvvəlcə xəbərdarlıq, sonra cərimə, sonda isə partiyanın fəaliyyətinin dayandırılması haqqında Ədliyyə Nazirliyi vəsatət qaldırır və məhkəmə qərar verir. Bu, ən demokratik, hüquqi normalara uyğun bir prinsipdir, dünyanın hər bir ölkəsində siyasi partiyaların fəaliyyəti bu yolla dayandırılır. Bu məsələ ilə bağlı da Venesiya Komissiyası ekspertlərinin öz fikirləri var. Onlar öz fikirlərində qala bilərlər. Hər halda biz Azərbaycanda siyasi partiya quruculuğunu Avropanın, dünyanın demokratik normalarına uyğunlaşdırmışıq.
Lakin bu qanun Azərbaycanda yarandığına görə, Azərbaycanın siyasi palitrasına uyğun olmalıdır, ölkəmizin siyasi həyatına və Konstitusiya quruluşuna uyğun gəlməli, Konstitusiyanın tələblərinə cavab verməlidir”.
Bunlarla yanaşı, Ə. Həsənov “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişiklik ediləcəyini istisna etməyib: “Layihəyə dəyişiklik edilə bilər. Bunun üçün Milli Məclisin deputatları fikir mübadiləsi nəticəsində ortaq rəyə gəlməlidirlər. Yəni, dəyişiklik edililb-edilməməsi deputatların müzakirəsindən asılıdır. Bu qanunu parlament qəbul edəcək. Ona görə də parlamentin iradəsindən asılı olaraq, bu qanun dəyişdirilə də, ləğv oluna da, yaxud başqa qərar da qəbul oluna bilər”.
Ə. Həsənov yeni “Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra indiyə qədər qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyatdan keçməsinə ehtiyac olmadığını bildirib: “Əlbəttə, qanununun geriyə qüvvəsi yoxdur. Hazırkı partiyaların qeydiyyatı qüvvəsində qalacaq”.
PA rəsmisi “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim olunacağını açıqlamayıb: “Düşünürəm ki, qanun layihəsinin Milli Məclisə yolu açılıb və sənəd parlamentə təqdim olunacaq”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq