Bank Of Baku

YAP Serbiya Demokrat Partiyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb

YAP Serbiya Demokrat Partiyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb
# 22 dekabr 2011 08:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Serbiya Demokrat Partiyasının rəhbərliyi ilə görüş keçirilib. APA-nın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, partiya beynəlxalq əlaqələrini gündən-günə genişləndirir. O deyib ki, YAP-ın Avropa Xalq Partiyası da daxil olmaqla bir sıra siyasi qüvvələrlə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur.

Serbiya Demokrat Partiyasının sədr müavini, bu ölkənin kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç isə bəyan edib ki, iki partiya arasında əməkdaşlığın inkişafı Serbiya və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, iki ölkə prezidentlərinin son qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açıb.

Sonda iki partiya arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov və Serbiya Demokrat Partiyasının sədr müavini Duşan Petroviç imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR