Bank Of Baku

YAP rəhbərliyi Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

YAP rəhbərliyi Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
# 22 dekabr 2011 09:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, Ç. Fensyan Bakıda keçirilmiş “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfransın yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb.
Ə. Əhmədov isə bildirib ki, Çindəki iqtisadi yüksəliş Azərbaycanla yanaşı bütün dünya ölkələrinin də diqqəti mərkəzindədir. Partiyalar arasındakı əlaqələri yüksək qiymətləndirən YAP sədr müavini qeyd edib ki, bu, sonrakı inkişaf baxımından da çox əhəmiyyətli və önəmlidir: “Ölkələr arasındakı əlaqələrin inkişafına partiyalararası münasibətlərə də öz təsirini göstərir. İnanırıq ki, Azərbaycan və Çin partiyaları arasındakı qarşılıqlı əlaqələr gələcək dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərəcək”.
Görüşdə Ç. Fensyan YAP nümayəndə heyətini 2012-ci ildə Çinə səfər etməyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR