Bank Of Baku

YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında Memorandum imzalanıb

YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında Memorandum imzalanıb
# 22 dekabr 2011 12:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. APA-nın məlumatına görə, Memorandumu YAP sədrinin müavini - icra katibi Əli Əhmədov və Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri, Monteneqronun sabiq prezidenti və baş naziri Milo Çukanoviç imzalayıb.

Ə. Əhmədov bildirib ki, Milo Çukanoviçin Azərbaycana səfəri Azərbaycanla Monteneqro arasında mövcud olan əlaqələrin inkişafına təkan verəcək. O qeyd edib ki, imzalanan sənəd təkcə partiyalar arasında deyil, eləcə də, iki dövlət və xalqlar arasında əlaqələrin daha genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək: “Yeni Azərbaycan Partiyası olaraq bu əlaqələrə böyük önəm veririk və münasibətlərimizin hərtərəfli inkişafında maraqlıyıq”.

M. Çukanoviç isə dəvətə və isti münasibətə görə təşəkkür edib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən M. Çukanoviç səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün onda böyük təəssüratlar yaratdığını söyləyib. O, prezident İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR