Bank Of Baku

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
# 23 dekabr 2011 11:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin bu gün keçirilən iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O deyib ki, qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkili, hüquqi əsaslarını müəyyənləşdirəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.

Layihədə ümumi anlayışlarla yanaşı, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatının formaları, dağınıq skleroz üzrə dövlət proqramı, bu xəstəliyə tutulmuş şəxslərin hüquqları, onların reyestri, tibbi yardımın göstərilməsi və s. məsələlər əksini tapıb.

Çıxış edən deputatlardan bəziləri ölkə səhiyyəsindəki problemlərə toxunublar və layihəni dəstəkləyiblər.

Müzakirələrdən sonra “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR