Bank Of Baku

Qənirə Paşayeva: “Azərbaycan parlamenti Fransa Senatına müraciət etməlidir”

Qənirə Paşayeva: “Azərbaycan parlamenti Fransa Senatına müraciət etməlidir”
# 23 dekabr 2011 12:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışında bildirib.

Q. Paşayeva deyib ki, bu məsələ Fransa Senatında müzakirəyə çıxarılmazdan əvvəl, Azərbaycan Milli Məclisi adından senata müraciət olunmalıdır: “Müraciətdə Fransa parlamentinin bu qərarının Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərib və göstərməkdə olduğunu qeyd etməliyik.
Bildirməliyik ki, bu qərar Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi neytral, obyektiv mövqe tutacağına ciddi zərbə vurub. Əgər senat olaraq siz Milli Assambleyanın qərarını ləğv etməsəniz, Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərinə növbəti, çox ciddi bir zərbə olacaq. Bunun məsuliyyətini Fransa siyasətçiləri daşımalı olacaqlar. Qeyd etməliyik ki, əgər bu qərarı senatda qəbul etsəniz, artıq Fransa həmsədr kimi öz missiyasını davam etdirə bilməz. Çünki artıq Azərbaycan cəmiyyətində Fransanın bir həmsədr kimi bu münaqişənin ədalətli, obyektiv həllində rol oynayacağına böyük şübhələr var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR