Bank Of Baku

Milli Məclisin deputatı İstanbulda keçiriləcək tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı İstanbulda keçiriləcək tədbirdə iştirak edəcək
# 23 dekabr 2011 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov İstanbul şəhərində Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Təşkilatı Gənclər Forumunun katibliyi tərəfindən təşkil olunmuş görüşdə iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İslam tərəfdaşlığı çərçivəsində keçiriləcək tədbirdə qurumun mədəniyyətlərarası dialoq üzrə gələcək fəaliyyət planı, o cümlədən milli gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq.

Dekabrın 25-də bu məqsədlə İstanbula səfər edəcək deputat, eyni zamanda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri kimi toplantıya qatılaraq perspektivdə görülməsi nəzərdə tutulan işlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR