Bank Of Baku

Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
# 23 dekabr 2011 13:59 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Yeni Azərbaycan Partiyası (YAP) ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. APA-nın məlumatına görə, memorandumu YAP sədrinin müavini - icra katibi Əli Əhmədov və Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipov imzalayıblar.

Ə. Əhmədov bildirib ki, Tacikistan Xalq Demokrat Partiyasının nümayəndələrinin ölkəmizə səfəri və partiyalar arasında Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın gələcək inkişafı baxımından çox əhəmiyyətlidir: ”Siyasi partiyalar arasında münasibətlərin inkişafı dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək”.

Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipov onlara göstərilən qonaqpərvərliyə və Bakıda keçirilmiş “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib: ”Tacikistan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında imzalanmış Memorandum xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR