Bank Of Baku

MSK-da struktur dəyişikliyi edilib

MSK-da struktur dəyişikliyi edilib
# 23 dekabr 2011 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasında (MSK) struktur dəyişikliyi edilib.

APA-nın məlumatına görə, bununla bağlı prezident İlham Əliyevin sərəncamını MSK sədri Məzahir Pənahov elan edib. Sərəncama əsasən MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzi bundan sonra qurumun katibliyinə tabe edilib. Bundan sonra qurum MSK Katibliyinin İnformasiya Mərkəzi adlanacaq.

Həmçinin, iclasda İnformasiya təminatı şöbəsinin, Redaksiya və nəşr şöbəsi, Mətbuat şöbəsinin isə Media və ictimai əlaqələr adlandırılması və monitorinq şöbəsinin yaradılması barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR