Bank Of Baku

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılışı mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılışı mərasimi keçirilib
# 24 dekabr 2011 10:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin yeni ofisinin açılışı mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın Gənclər Birliyinin yeni ofisinin açılışının əlamətdar bir gündə baş verdiyini bildirib: “Bu gün Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum günüdür, dövlətimizin başçısının 50 illik yubileyidir. Bu münasibətlə partiyamız tərəfindən prezidentimiz haqqında kitab nəşr olunub”.

Əli Əhmədov qeyd etmişdir ki, YAP Gənclər Birliyinin yeni ofisinin açılması gənclərin fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq: “İstərdik ki, bu ofis YAP Gənclər Birliyinin üzvləri ilə yanaşı Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bütün gənclərin toplaşdığı məkan olsun”.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında yeni ofisin açılışı münasibətilə YAP Gənclər Birliyinin üzvlərini təbrik edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyini ölkə gənclərinin böyük sevinclə qeyd etdiyini bildirib.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da yeni ofisin açılışı münasibətilə gəncləri təbrik edib.

Daha sonra mərasimdə YAP Gənclər Birliyinin internet saytının təqdimatı olub. YAP Gənclər Birliyinin sədri Seymur Orucov sayt haqqında məlumat verib.

Mərasim iştirakçıları həmçinin, YAP Gənclər Birliyinin yeni ofisinin iş şəraiti ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR