Bank Of Baku

Bakıda “Qarabağın işğaldan azad edilməsi üçün Qələbə Modeli” adlı sənədin təqdimatı keçirilib - FOTO

Bakıda “Qarabağın işğaldan azad edilməsi üçün Qələbə Modeli” adlı sənədin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 24 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Bakıda “Qarabağın işğaldan azad edilməsi üçün Qələbə Modeli” adlı sənədin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) müəllifi olduğu bu sənəd ümumilikdə 7 maddədən ibarətdir. Sənədin giriş hissəsində deyilir ki, bu model Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun azad edilməsni nəzərdə tutur. Bu modelin həyata keçirlməsi üçün Azərbaycanın daxili imkanları və Türkiyə amili əsas götürülür.

Sənəd müəllifləri Qarabağın azad edilməsi naminə hərbi əməliyyatlara başlamağı zəruri bilirlər. QAT hesab edir ki, 20 ildir ki davam edən sülh danışıqlarının mənası qalmayıb və Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər hərbi potensialı var.

Təqdimat mərasimində çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ümid etdiyini bildirib ki, açıqlanan model rəsmi dairələr tərəfindən nəzərə alınacaq. Dialoqu və pasifizmi təbliq edən ictimai təşkilat və qurumları tənqid edən Akif Nağı deyib ki, bu siyasətin perspektivi yoxdur və Azərbaycan cəmiyyəti hərbi gücə əl atmalıdır. QAT rəhbəri eyni zamanda vasitəçi dövlətləri də sərt tənqid edib: “ Fransada qəbul edilən son qətnamə bu ölkənin nə dərəcədə qərəqzli və tərəfli olduğunu nümayiş etdirir. Fransanın bu qərarı əslində Azərbaycana qarşı da bir zərbədir”. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsinə əsas maneə Rusiya ola bilər və bu əngəli aşmaq üçün Azərbaycan balans kimi Türkiyəyə özünün hərbi müttəfiqi kimi arxalanmalıdır.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları, ictimai xadimlər və QHT rəhbərləri danışıqların artıq səmərəsiz olduğunu və hərbi əməliyyatlara başlamağın vaxtının yetişdiyini söyləyiblər. Onların qənaətincə, vasitəçilər Azərbaycanı aldatmağa cəhd edir, Ermənistan isə qarşısında qüvvə hiss etməyincə torpaqları könüllü azad edən deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR