Bank Of Baku

Dövlət başçısı İlham Əliyev Ağcabədidə qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarından ibarət məhəllədə olub

Dövlət başçısı İlham Əliyev Ağcabədidə qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarından ibarət məhəllədə olub
# 24 dekabr 2011 14:15 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib ki, dövlət başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunub, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınıb. Bu qəsəbələrdə 20 min mənzil tikilib, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilib.

Diqqətə çatdırılıb ki, son yeddi ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan prezidenti 27 fərman və sərəncam imzalaylıb, bir Dövlət Proqramı və ona əlavələri təsdiqlənib. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Yeni yaşayış massivinin əsas texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verilərkən bildirilib ki, bu məhəllənin salınmasına dövlət başçısının 2004-cü ildə təsdiq etdiyi Dövlət Proqramına əlavələr edilməsi haqqında 2007-ci ildə imzaladığı Sərəncama əsasən bu ilin iyununda başlanılıb. İnşaat işlərinə ölkənin 14 tikinti şirkəti cəlb olunub. Yeni məhəllə gələn ilin əvvəlində tam istifadəyə veriləcək.

Məlumat verilib ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxıblar.

Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılıb. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilib.

Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilib.

Məhəllə ilə tanış olan dövlət başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR