Bank Of Baku

Azərbaycan prezidenti “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak edib

Azərbaycan prezidenti “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak edib
# 24 dekabr 2011 16:16 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə yeni salınacaq “Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmək üçün Bakının Xətai rayonuna gəliblər. “Bakı Ağ şəhər” layihəsi üzrə görülən və görüləcək işlər barədə prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq.
Layihənin planı ilə tanışlıqdan sonra dövlət başçısı təmizlənmiş ərazilərə baxdı, burada görülmüş işlərlə yerində tanış olub.
Qeyd edilib ki, bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınıb və ekoloji baxımdan tamamilə yarasız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq olunub. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak ediblər.

Ərazi ilə yaxından tanış olan dövlət başçısı “Ağ şəhər”in rəmzi təməl daşının üzərindən örtüyü götürüb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazidə ağac əkiblər. Dövlət başçısı mərasimdə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR